Azərbaycan Qran-prisinin keçirilmə müddəti uzadıldı
- 02 Mar 2021 20:57
- 659
Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinin keçirilmə müddəti daha bir il uzadılıb.
Rekord.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva açıblama verib.
O deyib ki, ötənilki qran-pri baş tutmadığı üçün yeni 3 illik müqavilə üzrə öhdəlik 2023-cü ilədək deyil, 2024-cü ilədək yerinə yetirilməlidir.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.