Azərbaycan qran-prisinin yeni vaxtı açıqlandı
- 28 Apr 2020 20:20
- 1320
Koronavirus pandemiyası səbəbiylə startı təxirə salınan Formula 1 üzrə dünya çempionatının yeni mümkün təqvimi müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Təqvimdə Azərbaycan qran-prisinin də vaxtı açıqlanıb. Bakıdakı yarış sentyabrın 6-da start götürəcək.
Avstriyada 5, 12 iyul, Böyük Britaniyada 26 iyul, 2 avqust, Macarıstanda 16, 23 avqust, Sinqapurda 20 sentyabr, Rusiyada 27 sentyabr, Çində 4 oktyabr, Yaponiyada 11 oktyabr, Meksikada 1 noyabr, Braziliyada 8 noyabr, Vyetnamda 22 noyabr, Bəhreyndə 6 dekabr və Abu-Dabidə 13 dekabr tarixlərində qran-prilərin olacağı bildirilib.