Azərbaycan reqbisi inqilaba hazırlaşır
- 06 İyl 2020 16:44
- 1027
Azərbaycan Reqbi Federasiyasının inkişaf şöbəsi Azərbaycanda reqbinin 2020-2026-cı illər üçün inkişaf planını işləyib hazırlayıb.
Rekord.az sport7.az-a istinadən xəbər verir ki, ARF İnkişaf Şöbəsinin müdiri Emil Əliyevin təqdim etdiyi plan üç mərhələdən ibarət olacaq:
a) başlanğıc və ya qısamüddətli, əslində, faktiki olaraq təcili;
b) orta-müddətli;
c) uzunmüddətli (perspektiv).
Təcili vəzifələrə aşağıdakılar daxildir:
1. Bütün reqbi oyunçularının (uşaq və böyüklər) tam auditi.
2. Yaş qruplarına görə reqbi oyunçularının siyahısını tərtib etmək.
3. ARF regbi oyunçularının vahid reyestrinin tətbiqi
4. Klubun və komandanın meyarlarını müəyyənləşdirilməsi. Komanda qarşısında klub üstünlükləri meyarları müəyyən edilməsi.
5. Klub və komandaların strukturlarının müəyyənləşdirilməsi və yoxlanılması.
6. Rugby-7 və Rugby-Union üzrə hansı yaş qruplarında komandaların komplektləşdirilməsini müəyyən edilməsi.
7. ARF strukturunun yenidən qurulması, yəni hazırlanmış proqram və layihələrin icrası üçün lazımi şəraitin yaradılması. (ARF strukturunun hazırlanmış proqram və layihələrin icrası üçün lazımi şəraitin yaradılması məqsədi ilə yenidən qurulması)
8. Məşqçilərin, hakimlərin və matç komissarlarınnın təlimi üçün zəmin hazırlamaq. Gürcüstan Reqbi Birliyi ilə əməkdaşlıq planlaşdırılır. Artıq ilkin razılıq əldə edilmişdir.
9. Məşqçilər, hakimlər və matç komissarlarının lisenziyalaşdırması.
10. Mövcud stadionlara yenidən baxılması (sayı və vəziyyəti).
11. Mümkün olan sponsorların məlumat bankının yaradılması və onlarla danışıqların aparılması.
12. Reqbi üzrə Respublika turnirlərinin və festivallarının hazırlanması, təsdiqlənməsi və keçirilməsi.
ARF strukturunun yenidən təşkili
Məqsəd: qarşıya qoyulan tapşırıqları həll etməkdə və onların icrasına nəzarəti həyata keçirməkdə maksimal fayda və çeviklik əldə etmək.
Şöbələr:
1. İnzibati (prezident, baş katib, texniki direktor və s.)
2. İdman
3. Maliyyə
İnzibati və Maliyyə şöbələrinin vəzifələri İdman şöbəsinin işinə dəstək və kömək etməkdir.
Qarşıya qoyulan tapşırıqların icrasına aralıq/ilkin nəzarətin həyata keçiriləcəyi meyarları müəyyən etmək. Hər bir layihə çərçivəsində insan ehtiyatı və maliyyə mənbəyi təyin edilməli. Qarşıya qoyulmuş tapşırıqların həlli üçün dövlət qurumlarını cəlb etmək (bu, mütləq maddi yardım yox - hər hansı digər yardım ola bilər, məsələn, təlim üçün baza ilə təmin etmələri və s.).
"World Rugby" və "Rugby Europe"nin həqiqi yardım göstərə biləcəyi istiqamətlərini müəyyənləşdirmək üçün "World Rugby" və "Rugby Europe"nin funksionerlərini cəlb etmək – bu, uşaq reqbisi ola bilər və ya təlim bazalarını lazımi avadanlıqlar və vasitələrlə təchiz edilməsi. Amma istənilən halda arzu edərdim ki, bu, perspektivli istiqamət olsun. Və perspektivli gənc-uşaq reqbisinin inkişafı, həmçinin gənclər arasında reqbinin populyarlaşmasıdır.
Hal-hazırda uşaq evlində reqbinin inkişafı layihəsi uğurla fəaliyyət göstərir. Ötən illərdə digər məktəblilərdən ibarət komandalar fəaliyyət göstərirdilər. Amma o zamanlarda da əsasən idman inventarı ilə təmin olunmasında çətinliklər var. Bu mövzuları da diqqətimizdən qaçırmamalıyiq.
Məşq meydançalarının icarəyə verilməsi üçün vəsait çatışmadığından biz arzu edən bir çox uşaqlarla fəal məşğul ola bilmirik.
Uşaq reqbisinin İnkişaf Fondunun layihəsi hazırlanıb. Layihə təsdiq edildikdə, onun həyata keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılamalı.
Orta müddətli vəzifələr
Rugby Europe-nin üzvü olaraq mövsüm ərzində avropa oyunlarında mütamadi iştirak edir.
Buna baxmayaraq, ARF bunu reqbiçilərin təcrübəsini artırmaq üçün kifayət etmədiyini hesab edir. Bu baxımdan, turnirlərin sayının artırılması istiqamətində iş aparmaq və regional komandaların iştirakı ilə Azərbaycanda beynəlxalq turnirləri təşkil etmək lazımdır. Həmçinin, qonşu regionlar Gürcüstan, Rusiya, İran və Türkiyədə keçirilən yarışlara qatılmaq vacibdir.
Həm Bakıda, həm Azərbaycanın regionlarında komandaların sayının artırılması istiqamətində də işlər görülməlidir.
Uzun müddətli (perspektiv):
Əldə olunmuş nəticələrə əsaslanaraq, milli yığma komandaları Rugby-7 və Rugby-Union üzrə beynəlxalq yarışlara çıxarmaq.