Azərbaycan sablyaçıları Dünya kubokunda ikinci oldu
- 30 Yan 2022 19:32
- 734
Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya kubokunda ikinci olub.
Rekord.az xəbər verir ki, yığma finalda Fransaya 39:45 hesabı ilə uduzub.
Xatırladaq ki, komandamız yarımfinalda Bolqarıstanı 45:32 hesabı ilə məğlub edərək finala yüksəlib. İlk görüşündə ABŞ-a 45:39 hesabı ilə qalib gələn sablyaçılarımız 1/4 finalda da Macarıstanı eyni hesabla üstələmişdib.
Azərbaycan yığmasının heyətində Anna Başta, Sevil Bünyatova, Valeriya Bolşakova və Polina Kaspiaroviç mübarizə aparıb. Anna Başta ötən gün fərdi yarışlarda da çempion olub.