Azərbaycan şahmatçıları AÇ-dən 5 medalla qayıdır
- 22 May 2023 16:14
- 377
Albaniyada keçirilən şahmat üzrə məktəblilərin Avropa çempionatında Azərbaycan komandası 5 medal qazanıb.
Rekord.az xəbər verir ki, məktəbli şahmatçılar 2 qızıl, 2 gümüş və 1 bürünc medala yiyələniblər.
17 yaşadək oğlanlar kateqoriyasında çıxış edən Aqil İsrailov və 9 yaşadək oğlanların yarışında mübarizə aparan Yasin Əzimov qızıl medala sahib çıxıblar. 13 yaşadək olan kateqoriyada Səadət Bəşirli qızların, Mirsaleh Seyidli oğlanların yarışında gümüş medal əldə edib. 15 yaşadək qızlar kateqoriyasında isə Nurtən Nuriyeva bürünc medal qazanıb.
25 ölkədən 208 şahmatçının iştirak etdiyi qitə birinciliyində Azərbaycan yığması medal sıralamasında 3-cü yeri tutub.