Azərbaycan şahmatçıları Özbəkistanın Səmərqənd şəhərində keçirilən rapid və blits üzrə dünya çempionatını medalsız başa vurublar.

Rekord.az xəbər verir ki, yarışda 324 şahmatçı mübarizə aparıb.

Kişilərin rapid üzrə turnirində təmsilçilərimizdən ən yaxşı nəticəni 8 xalla 39-cu olan Teymur Rəcəbov göstərib. Qadınların mübarizəsində Ülviyyə Fətəliyeva 7 xalla 20-ci yeri tutub.

Kişilərin blits üzrə yarışında Şəhriyar Məmmədyarov (13 xalla 22-ci), qadınlar arasında isə Günay Məmmədzadə (9,5 xalla 32-ci) ən yaxşı nəticəyə imza atıblar.

1 milyon dollar mükafat fondu olan dünya çempionatında Azərbaycanı 17 şahmatçı təmsil edib.