Azərbaycanın aparıcı şahmatçıları FİDE-nin aprel ayı üçün açıqladığı reytinq siyahısında geriləyiblər.


Rekord.az xəbər verir ki, kişi qrossmeysterlərdən Şəhriyar Məmmədyarov (2748) 13-cü pillədə qərarlaşıb.


Teymur Rəcəbov (2692) 39-cu, Rauf Məmmədov (2657) 69-cudur. Ötən ayla müqayisədə Məmmədyarovla Məmmədov 2, Rəcəbov 4 pillə geriləyib.


Kişilərin reytinq cədvəlinə Maqnus Karlsen (Norveç, 2837) başçılıq edir.


Qadınların sıralamasında Gövhər Beydullayeva (2400) 45-ci, Günay Məmmədzadə (2390) 53-cüdür. Onlar ötən ayla müqayisədə iki pillə geriləyiblər. Digər milli üzvlərindən Ülviyyə Fətəliyeva (2387) 57-ci, Xanım Balacayeva (2358) 85-ci pillədəki mövqeyini qoruyub.


Qadınların reytinq cədvəlində Yifan Hou (Çin, 2633) birincidir.