Azərbaycan şahmatçılarının FIDE reytinqində yeni mövqeyi
- 31 İyl 2024 20:56
- 368
Beynəlxalq Şahmat Federasiyası (FIDE) avqust ayı üçün reytinq cədvəlini açıqlayıb.
Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov (2703 xal) iki pillə irəliləyərək 17-ci olub.
Teymur Rəcəbov (2700) 33-cü sıradadır. Rauf Məmmədov isə "100-lük"dən kənarda qalıb.
Siyahıya norveçli Maqnus Karlsen (2832) başçılıq edir. ABŞ şahmatçısı Hikaru Nakamura (2802) ikinci, bu ölkənin digər qrossmeysteri Fabiano Karuana (2793) üçüncüdür.
Qadınlardan iki pillə irəliləyən Günay Məmmədzadə (2441) 31-ci yerdədir. Bir sıra geriləyən Gövhər Beydullayeva (2412) 43-cü, 13 mövqe itirən Xanım Balacayeva (2384) 60-cıdır. Ülviyyə Fətəliyeva (2369) isə 21 pillə geriləməklə 72-ci sırada qərarlaşıb.
Siyahıya çinli Yifan Hou (2633) başçılıq edir. İkinci pillədə Venjun Ju (Çin, 2563), üçüncü sırada Ley Tinqjie (Çin, 2549) yer alıb.