Azərbaycan şahmatçısı beynəlxaq turnirdə ikinci yeri tutub
- 15 İyl 2024 19:30
- 442
Azərbaycan şahmatçısı Mirsaleh Seyidli Gürcüstanın Batumi şəhərində “8th International Chess Festival – Batumi Municipality Cup-2024” beynəlxalq turnirində uğurlu çıxış edib.
Rekord.az xəbər verir ki, Naxçıvan Şahmat Mərkəzinin şagirdi B qrupunda 9 oyuna 6 xal toplayaraq 16 yaşadək şahmatçılar arasında ikinci olub.
Digər Naxçıvan şahmatçılarından Bəxtiyar Cəfərli və Amin Mirzəzadə yarım xallıq fərqlə mükafatçılar sırasından kənarda qalıblar.
Qeyd edək ki, 23 ölkədən 434 şahmatçının qatıldığı festivalda müvafiq reytinq göstəricilərinə əsasən A B, C qruplarında, o cümlədən 8,10 və12 yaşadək oğlan və qızlar arasında görüşlər keçirilib.