Azərbaycan şahmatçısı Birləşmiş Ərəb Əmirliklərindəki turnirin qalib oldu
- 23 May 2024 13:22
- 369
Azərbaycan şahmatçısı Aqşin Əlizadə Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində təşkil edilən yarışda qalib olub.
Rekord.az xəbər verir ki, o, festivalın “Futures” turnirində birinci yeri tutub.
7,5 xal toplayan Əlizadə əlavə göstəricilərə görə bütün rəqiblərini qabaqlayıb. Turnirdə üçüncü yeri hesabında 7 xalı olan digər şahmatçımız Yunis Mahmudzadə tutub.
Şarjadakı “Masters” yarışında təmsilçilərimizdən ən yaxşı nəticə Aydın Süleymanlıya məxsusdur. O, 9 turda 6 xal toplamaqla turniri 10-cu yerdə başa vurub.