Azərbaycan şahmatçısı DÇ-də 15-ci oldu
- 27 Noy 2022 15:42
- 469
Azərbaycanın veteran şahmatçısı Fikrət Sideifzadə İtaliyada keçirilən dünya çempionatında çıxışını başa vurub.
Rekord.az xəbər verir ki, o, 65 yaşdan yuxarı şahmatçılar arasında yarışın sonuncu - 11-ci turunda Peter Petrana (Slovakiya) qalib gələrək xalını 7,5-ə çatdırıb.
Bu nəticə ilə Sideifzadə yekunda 15-ci yeri tutub.
Qeyd edək ki, Sideifzadə çempionatın gedişində beş qələbə qazanıb, eyni sayda oyunu heç-heçə başa vurub, bir dəfə isə məğlubiyyətlə üzləşib.