Azərbaycan şahmatçısı dünya çempionatında bürünc medal qazanıb
- 13 İyn 2024 16:00
- 480
Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva Hindistanın Qandinaqar şəhərində təşkil edilən şahmat üzrə gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.
Rekord.az xəbər verir ki, təmsilçimiz 11 turda 8,5 xal toplayaraq üçüncü yeri tutub.
Digər şahmatçılarımızdan Nərmin Abdinova və Səbinə Rzalı mükafatçılar sırasına düşə bilməyiblər.
İsveçrə sistemi ilə keçirilən yarışda 44 ölkədən 102 şahmatçı mübarizə aparıb. A.Allahevrdiyeva ötən il 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatının qızıl medalını qazanıb.