İtaliyanın Sardiniya adasında 20 yaşa qədər şahmatçılar arasında rapid üzrə dünya çempionatı keçirilib.
 
Rekord.az xəbər verir ki, şahmatçımız Gövhər Beydullayeva dünya çempionatında tarixi uğura imza atıb.

O, 11 oyundan 9 xal toplayaraq çempionatı birinci pillədə başa vurub. 

Ölkəmizin digər şahmatçısı Məhəmməd Muradlı 6,5 xalla 13-cü yerdə qərarlaşıb.

Sabah İtaliyada blits üzrə dünya çempionatı başlayacaq.