Azərbaycan şahmatçısı Milad festivalının qalibi oldu
- 01 Yan 2023 18:00
- 518
İsveçrənin Bazel şəhərində şahmat üzrə Milad bayramına həsr olunan festival keçirilib.
Rekord.az xəbər verir ki, ilin son şahmat yarışında Azərbaycanı Read Səmədov təmsil edib.
Turnirin son turunda Read Səmədov Almaniya şahmatçısı Morits Veyshauterlə heç-heçə oynayıb. Yekunda üç şahmatçı 7 xal toplayıb. Əlavə göstəricilərə görə rəqiblərini qabaqlayan Read Səmədov Bazel turnirinin qalibi olub.
Qeyd edək ki, ümumilikdə yarışda 16 ölkədən 73 şahmatçı iştirak edib.