Azərbaycan şahmatçısı yarımfinalda!
- 16 Avq 2023 19:11
- 347
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/4 final mərhələsinin cavab görüşləri keçirilir.
Rekord.az xəbər verir ki, ilk oyunda Hindistan təmsilçisi Vidit Santoşla heç-heçə oynayan Azərbaycan şahmatçısı Nicat Abasov bu gün ikinci partiyada inamlı qələbə qazanıb.
28 yaşlı qrossmeyster cavab oyununda Vidit Santoşu məğlub etməklə yarımfinala vəsiqə qazanıb.
Nicat Dünya Kubokunda yarımfinala vəsiqə qazanan ikinci azərbaycanlı şahmatçı olub. Buna qədər 2019-cu ildə Teymur Rəcəbov ilk dəfə yarımfinalda iştirak edib və həmin il turnirin qalibi olub.
Dünya Kubokunda yarımfinal avqustun 19-da başlayacaq. Abasovun yarımfinalda rəqibi Maqnus Karlsen (Norveç) - Domaradju Qukeş (Hindistan) cütünün qalibi olacaq.