Azərbaycan şahmatçısından 1/4 finalın ilk oyununda heç-heçə
- 15 Avq 2023 22:18
- 330
Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda 1/4 final mərhələsinin ilk oyununu keçirib.
Rekord.az xəbər veri rki, qara fiqurlarla mübarizə aparan 28 yaşlı qrossmeyster bu raundda Hindistan təmsilçisi Vidit Santoşla üz-üzə gəlib.
Qarşılaşma heç-heçə ilə başa çatıb - 0,5:0,5. İkinci görüşdə də qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.