Azərbaycan - Serbiya oyununun yeri müəyyənləşdi
- 12 İyl 2024 15:20
- 178
21 yaşadək (U-21) futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Serbiya yığması ilə keçirəcəyi ev oyununun yeri müəyyənləşib.
Rekord.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, F qrupu çərçivəsində sentyabrın 10-da təşkil olunacaq görüş “Liv Bona De Arena”da baş tutacaq.
Matçın başlama saatı ilə bağlı daha sonra məlumat veriləcək.
Qeyd edək ki, U-21 sentyabrın 6-da Eş-Sur-Alzett şəhərində yerləşən “Emil Mayriş” stadionunda Lüksemburq millisi ilə qarşılaşacaq.