Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə daha bir yarışa qatılıb.

Rekord.az xəbər verir ki, milli üzvü Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Nikolay Nikitinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə bacarığını göstərəcək.

O, sayca 23-cü olan ənənəvi yarışda 2010-cu il təvəllüdlü idmançıların mübarizəsində etimadı doğrultmağa çalışacaq.

Ötən gün başlayan turnir dekabrın 3-də başa çatacaq. Quluzadə qarşıdakı günlərdə mübarizə aparacaq.

Qeyd edək ki, Onur Quluzadə hazırlıq üçün yığmanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi altında noyabrın 11-dən 26-dək Çində təşkil olunan beynəlxalq təlim-məşq toplanışında iştirak edib.