Azərbaycan taekvondoçuları Cənubi Koreyada merlə görüşdülər
- 05 Okt 2023 13:41
- 339
Cənubi Koreyada təlim-məşq toplanışında olan qadın taekvondoçulardan ibarət Azərbaycan millisi yerli mütəxəssis və idmançıların diqqət mərkəzindədir.
Rekord.az xəbər verir ki, yığma məskunlaşdığı Çunçeon şəhərinin meri Donq Han Yuk tərəfindən də qəbul edilib.
Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, yaradılan şəraitə və göstərilən diqqətə görə merə təşəkkür olunub. Donq Han Yuk da öz növbəsində komandanın məşq üçün Cənubi Koreyanı seçməsinin faydalı olacağına inamını ifadə edib.