İranın paytaxtı Tehranda taekvondo üzrə “President Cup” turniri keçirilir. 

Rekord.az xəbər verir ki, Asiya regionu üzrə G-2 kateqoriyalı beynəlxalq turnirində Azərbaycanın iki qadın taekvondoçusu medal qazanıb.

Qadınlardan ibarət milli komandanın liderlərindən olan Patimat Abakarova 53 kq çəki dərəcəsində turnirin bürünc medalına sahib olub.

Millinin kapitanı, 67 kq çəki dərəcəsində mübarizə aparan Fəridə Əzizova isə gümüş medal qazanıb.