Azərbaycan taekvondoçuları İrandan 2 medalla qayıdır
- 08 Mar 2022 10:22
- 552
Azərbaycanın qadın taekvondoçuları İranın paytaxtı Tehranda keçirilən G2 kateqoriyalı beynəlxalq "Fajr Open" turnirini iki medalla başa vurub.
Rekord.az xəbər verir ki, ötən gün 67 kq çəki dərəcəsində yarışan Fəridə Əzizova gümüş medala sahib olub.
Daha əvvəl Patimat Abakarova 53 kq çəkidə bürünc medala yiyələnmişdi.
Bu nəticə ilə Azərbaycan millisi ümumi komanda hesabında dördüncü yeri tutub.
Qeyd edək ki, yığmanın baş məşqçisi Səbuhi Zülfüqarov yarışın "ədalətli məşqçi"si, azərbaycanlı referilərdən Aygül Abdullayeva "ən yaxşı hakim" adına layiq görülüb.