Azərbaycan taekvondoçuları üçün Fransa sınağı
- 29 Avq 2023 19:00
- 257
Azərbaycan parataekvondoçuları Fransada keçiriləcək qran-pridə iştirak edəcəklər.
Rekord.az xəbər verir ki, baş məşqçi Fərid Tağızadə G6 kateqoriyalı yarışda yığmanın 3 üzvünə şans verəcək.
Avqustun 30-da başlayacaq qran-pridə Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) mübarizə aparacaqlar.
Hər 3 idmançı K-44 kateqoriyasında qüvvəsini sınayacaq.