Azərbaycan taekvondoçuları üçün Niderland sınağı
- 13 Okt 2022 17:15
- 391
Azərbaycan taekvondoçuları oktyabrın 15-də Eyndhoven şəhərində keçiriləcək açıq Niderland çempionatında iştirak edəcəklər.
Rekord.az xəbər verir ki, ölkəni kişilərdən ibarət yığmanın böyük məşqçisi Elnur Amanov, qadınlardan ibarət millinin baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçisi Sənan Həşimovun rəhbərliyi altında 8 idmançı təmsil edəcək.
Yarışda dayanq üzərinə Səyyad Dadaşov (54 kq), Sədri Həmidrza (58 kq), Xanoğlan Kərimov (63 kq), Yaşar Məmmədli (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq) və Sona Ağayeva (49 kq) çıxacaq.
Bu gün Niderlanda yollanan komanda oktyabrın 16-da Vətənə qayıdacaq.