Azərbaycan taekvondoçularından beynəlxalq turnirdə 4 medal
- 05 Fev 2024 16:30
- 279
Azərbaycan taekvondoçuları Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş G2 kateqoriyalı Fujeyra açıq çempionatında 4 medal qazanıblar.
Rekord.az xəbər verir ki, komandanın heyətində Milad Beiqi Harçeqani (+87 kq) finala kimi uğurla irəliləyib. O, həlledici görüşdə məğlub olaraq ikinci yeri tutub.
Digər taekvondoçulardan Cavad Ağayev (74 kq), Məryəm Məmmədova və Səmərrux Osmanova (hər ikisi 49 kq) bürünc medala sahib olublar.