Azərbaycan taekvondoçularından Eyndhovendə 7 medal
- 08 Mar 2020 13:30
- 785
Niderlandın Eyndhoven şəhərində keçirilən taekvondo üzrə “Dutch Open” başa çatıb.
Rekord.az xəbər verir ki, Azərbaycan millisi G1 kateqoriyalı yarşıda 7 (4 qızıl, 2 gümüş və 1 bürünc) medal qazanıb.
Sayca 47-ci olan ənənəvi Niderland açıq çempionatında 58 kq çəki dərəcəsində mübarizə aparan Qaşım Maqomedov, Milad Beigi (80 kq), Radik İsayev (87 kq yuxarı) və Fəridə Əzizova (67 kq) turnirin qalibi olub. Cavad Ağayev (68 kq) və Payam Qobadi Oğaz (87 kq) isə finalda məğlub olaraq gümüş medal qazanıblar. Bəhruz Quluzadə (54 kq) yarışı yarımfinal mərhələsində başa vurub.
Baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi ilə komandamız bir həftə sonra Niderlanddan birbaşa Belçikanın Lommel şəhərində 14-15 mart tarixlərində keçiriləcək G2 kateqoriyalı açıq çempionata qatılacaq.