Azərbaycanın daha bir taekvondoçusu bu gün Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Rekord.az xəbər verir ki, 54 kq çəki dərəcəsində çıxış edən Səyyad Dadaşov startda Çin təmsilçisi Xiao Zhou ilə üz-üzə gələcək.

Ötən gün 63 kq-da yarışan Sədri Həmidreza ilk qarşılaşmasında özbəkistanlı Niyaz Pulatova uduzub.

Xatırladaq ki, Azərbaycan dünya çempionatında ümumilikdə 8 taekvondoçu ilə təmsil olunur. Hələlik yalnız 68 kq-dakı Cavad Ağayev bürünc medal qazanıb.