Azərbaycan taekvondoçusundan Parisdə ilk qələbə
- 07 Avq 2024 14:30
- 190
Azərbaycanın taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Rekord.az xəbər verir ki, 58 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində irlandiyalı Cek Uolley ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən Maqomedov 1/4 finala yüksəlib.
Olimpiada avqustun 11-də başa çatacaq.