Azərbaycan təmsilçilərindən DÇ-də 9 medal
- 14 Okt 2024 17:40
- 232
Azərbaycan qrapplinqçiləri Qazaxıstanın Astana şəhərində keçirilən dünya çempionatında doqquz medal qazanıblar.
Rekord.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qrapplinq və qrapplinq qi idman növləri üzrə U-15, U-17, U-20, böyüklər və veteranlar arasında keçirilən yarışda Fərhad Bağırov (58 kq) qızıl, Hacımurad Purtiyev (84 kq) gümüş medal əldə edib.
Hər iki idmançı böyüklər arasında mübarizə aparıb.
Veteranlar arasında Səbuhi Məmmədov (62 kq) iki versiyada gümüş medala sahib çıxıb. Aysu Əliyeva (U-17, 40 kq) qrapplinq üzrə gümüş, qrapplinq qi versiyasında isə bürünc medala yiyələnib.
U-20 yaş qrupunda Elman Əsgərov (71 kq) və Emil Verdiyev (62 kq) gümüş, Hacıəbdül Abdulov (U-15, 29-32 kq) bürünc medala yiyələniblər.