Azərbaycan təmsilçisi Türkiyə klubuna Bakıda məğlub oldu
- 25 Okt 2023 21:14
- 350
“Sabah” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi ikinci matçda Türkiyənin “Baxçaşəhər” kollektivini qəbul edib.
“Sərhədçi” İdman Mərkəzində təşkil olunan qarşılaşma Bakı klubunun məğlubiyyəti ilə bitib - 65:83.
Xatırladaq ki, “Sabah" qrupdakı ilk görüşündə Monteneqroda “Mornar”a 75:80 hesabı ilə uduzmuşdu.