
Azərbaycan triatlonçusu Türkiyədəki yarışda birinci oldu
- 20 Apr 2025 17:30
- 47
Triatlon üzrə Azərbaycan millisinin üzvləri Türkiyənin Serik şəhərində keçirilən Türkiyə Kubokunda uğurlu çıxış ediblər.
Rekord.az xəbər verir ki, yarışda 2011-ci il təvəllüdlü idmançılar arasında Raul Mahmudov 1-ci yeri tutaraq fəxri kürsünün zirvəsinə qalxıb.
2012-ci il təvəllüdlülər arasında Şamil Dövlətov 7-ci yerin sahibi olub.
2008-2010-cu il təvəllüdlü idmançılar arasında keçirilən yarışda isə 56 iştirakçı arasından Əli Rzazadə 14-cü, Tamerlan Musayev 22-ci, Teymur Cəfərov 26-cı yerdə finişə çatıb.