Basketbol üzrə “Sabah” komandasının baş məşqçisi Boban Mitev FİBA Avropa Kubokunun müntəzəm mövsümündə Monteneqronun “Mornar" komandasına qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, 75:80 hesabıyla uduzduqları oyundan sonra bunları dilə gətirib:

“İlk olaraq rəqibi qələbə münasibətilə təbrik edirəm. Yaxşı oynadılar, çətin vəziyyətlərdə uğurlu atışlar etdilər. Müdafiə xəttimizi rəqibin hücumları qarşısında yaxşı hazırlamağa çalışdıq. Amma hücumlarımızda  bəzi çatışmazlıqlar oldu. Məğlubiyyətimizin əsas səbəbi məhz nəzarət edə bilmədiyimiz hücumlar oldu. Azərbaycan üçün ilk tarixi qələbəmizi ev oyunumuzda qazanmağa çalışacağıq".