21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Rekord.az AFFA-ya istinadən xəbər verir ki, matçın baş hakimi Orxan Məmmədov olacaq. 

Ona Namiq Hüseynov və Rahil Ramazanov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəvan Həmzəzadə yerinə yetirəcək.

Oyun noyabrın 19-da, saat 18:00-da “Dalğa Arena”da start götürəcək.