Azərbaycan üzgüçülərindən beynəlxalq turnirdə 31 medal
- 22 May 2024 14:10
- 200
Azərbaycanın bədii üzgüçülük üzrə komandası Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən beynəlxalq turnirdə 31 medal qazanıb.
Rekord.az xəbər verir ki, idmançılarımız ümumilikdə 18 qızıl, 12 gümüş, 1 bürünc medal əldə ediblər.
Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Cənubi Afrika Respublikası, Tayvan, Sinqapur, Tunis və Türkiyənin bədii üzgüçülərinin də mübarizə apardığı beynəlxalq yarışda təmsilçilərimiz ən yüksək nəticəni göstəriblər.
Qeyd edək ki, yarışa 8 ölkədən 15 klub və 200 dən çox idmançı qatılıb.