Azərbaycan üzgüçülərindən Rusiyada 9 medal
- 06 May 2024 16:46
- 253
Azərbaycan üzgüçüləri Rusiyanın Kazan şəhərində universitetlər arasında keçirilən “Rektor Kuboku” turnirində 9 medal qazanıblar.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyası məlumat yayıb.
Təmsilçilərimizin qazancı 2 qızıl, 4 gümüş və 3 bürünc medal olub.
Həftəsonu 50 metrlik “Burevestnik” üzgüçülük hovuzunda Rusiyanın 32 regionundan 1084 idmançı və Azərbaycandan olan komanda, o cümlədən 15 universitet təmsilçiləri mükafatlar uğrunda mübarizə aparıblar.
Azərbaycan üzgüçüsü Əbdürrəhman Rüstəmov 200 m ve 50 m batterflyay üsulunda qızıl medal, Fatimə Alkərəmova isə 100 m sərbəst üsulda bürünc medala sahib olublar. Növbəti gün Ə. Rüstəmov 100 batterflyay üsulunda 2 ci yer, 200 m qarışıq üsulda 2 ci yer, 200 m sərbəst üsulda isə 2 ci yeri tutub. Digər idmançımız Rəşad Alquliyev 200 m qarışıq üsulda bürünc medalla kifayətlənib. Qadınların yarışında Fatimə Alkərəmova 200 m sərbəst üsulda 2 ci, 200 m qarışıq üsulda isə 3 –cü yerə sahib olub.