Azərbaycan üzgüçüsü beynəlxalq yarışda 7 medal qazanıb
- 18 Dek 2024 12:00
- 95
Azərbaycan üzgüçüsü Yeqor Maynitski Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən beynəlxalq yarışda 7 medal qazanıb.
Rekord.az xəbər verir ki, idmançı öz yaşıdları arasında yarışın ən yaxşısı seçilib.
14 yaşlı üzgüçü turnirdə 50, 100 və 200 metr məsafələrə brass üsulunda üzməkdə bütün rəqiblərini üstələyib.
Bundan başqa Y.Maynitski 200 metr məsəfə üzrə qarışıq üsulda da finişə hamıdan birinci çatıb. O, 400 metr məsafəyə qarışıq və 50 metr məsafəyə sərbəst üsulda üzməkdə ikinci olub.
İdmançı kəpənək üsulunda 50 metr məsafə üzrə üçüncü olub.
Beləliklə Y.Maynitski ümumilikdə 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.
Qeyd edək ki, turnir dekabrın 14-16-sı aralığında keçirilib.