Azərbaycan üzgüçüsü beynəlxalq yarışda iki “bürünc” qazandı
- 28 İyn 2024 17:00
- 174
Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadə Rusiyada keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında uğurlu çıxış edib.
Rekord.az xəbər verir ki, idmançı 1500 metr məsafədə sərbəst üsulla gümüş, 200 metr məsafəyə batterflay üsulla bürünc medallar qazanıb.
Beynəlxalq yarışda ölkəmizi üzgüçülük idman növü üzrə İdman ustası Oqtay Hüseynov, İdman Ustası Süleyman İsmayılzadə, Vlastilina Xasyanova, Xumar Mustafayeva təmsil edirlər.
"Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarının üzgüçülük üzrə yarışları 4 iyuladək davam edəcək.