Azərbaycan üzgüçüsü Parisdə ikinci olsa da...
- 30 İyl 2024 15:30
- 195
Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Rekord.az xəbər verir ki, o, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsində çıxış edib.
Vəlizadə 1-ci qrupda dörd iştirakçı arasında ikinci olub. Üzgüçü məsafəni 1 dəqiqə 59,77 saniyəyə qət edib.
Onun taleyinə digər üç qrupda yarış başa çatdıqdan sonra aydınlıq gəlib. Belə ki, ümumilikdə 28 iştirakçı arasında ən yaxşı nəticəyə malik 16 idmançı yarımfinala vəsiqə qazanacaqdı.
Vəlizadə 28 iştirakçı arasında ilk "16-lığ"a düşə bilmədiyi üçün yarışla vidalaşmalı olub. İdmançı yekunda 25-ci yerlə kifayətlənib.
Olimpiada avqustun 11-də başa çatacaq.