Azərbaycan üzgüçüsündən DÇ-də üçüncü medal
- 03 Avq 2023 02:26
- 289
Azərbaycan para-üzgüçüsü Roman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında 3-cü medalını qazanıb.
Rekord.az xəbər verir ki, üçqat paralimpiya çempionu 50 m sərbəst üzmə növündə 24.40 saniyə nəticə göstərərək üçüncü yeri tutub.
Xatırladaq ki, Roman Saley daha əvvəl 100 metr məsafəyə arxasıüstə üzmə növündə gümüş, eyni məsafəyə "butterfly" üsulunda üzmədə isə bürünc medala sahib çıxmışdı.