Azərbaycan Voleybol Federasiyası və Ukrayna Voleybol Federasiyası arasında memorandum imzalanıb. "Rekord.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyası (AVF) beynəlxalq əməkdaşlıq çərçivəsində növbəti memorandumu Ukrayna Voleybol Federasiyası (UVF) ilə imzalayıb.

GİN-in Voleybol Mərkəzində baş tutan görüşdə sənədi AVF-nin prezidenti Şahin Bağırov və UVF-nın prezidenti Mixaylo Melnik imzalayıblar.

Memorandum iki ölkənin voleybol federasiyaları arasında əməkdaşlığın genişləndirilməsi və birgə layihələri əhatə edir. Sənəd federasiyalar arasında təcrübə mübadiləsi baxımından da əhəmiyyət daşıyır.