Azərbaycan Velosiped Federasiyas tədbir keçirib
- 03 Noy 2022 10:00
- 372
Azərbaycan Velosiped Federasiyası (AVF), Respublika Velotreki və Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin (ROEQİUGVM) əməkdaşları idman siyasətinin uğurla həyata keçirilməsi istqamətindəki fəaliyyətlərinə, velosiped idman növünün kütləviləşdirilməsində, gənclər arasında idmana olan marağın artırılmasında göstərdikləri xidmətlərə görə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəhbərliyi tərəfindən təltif ediblər.
Rekord.az xəbər verir ki, idarə rəisi Nəcəf Novruzov AVF-nin üzvü Səhər Mehman, Respublika Velotrekinin direktoru Tamerlan Salahov, həmin idman qurğusunun əməkdaşı Vüsal Teymurov və ROEQİUGVM-in baş təlimatçısı Tural Sadıqlıya fəxri fərmanlar təqdim edib.
N.Novruzov ölkəmizdə idmanın inkişafı istiqamətində aparılan uğurlu siyasətə dəstək olduqlarına görə onlara minnətdarlığını birdirərək, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.