Azərbaycan velosipedçisi Belçikada 10-cu oldu
- 05 Sen 2022 10:43
- 388
Gənc oğlanlardan ibarət Azərbaycan yığma komandasının üzvü Kamran Mirzəxanov qarşıdan gələn dünya çempionatına hazırlıq məqsədilə Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Belçikanın “Cannibal Team” velosiped klubunun tərkibində 40 günlük təlim-məşq toplanışındadır.
Rekord.az xəbər verir ki, velosipedçimiz hazırlıq prosesi çərçivəsində daha bir yarışda iştirak edib.
Mirzəxanov Belçikada 19 yaşadək idmançılar arasında keçirilən birgünlük “Booischot” yarışında mübarizə aparıb.
“Cannibal Team” klubundan yalnız milli komandamızın üzvünün qatıldığı mübarizədə 32 velosipedçi birincilik uğrunda yarışıb. İdmançılar 78 km məsafə qət ediblər. Mirzəxanov 2 saat 1 dəqiqə 48 saniyə nəticə ilə finiş xəttini 10-cu keçib.
Yığma komandamızın üzvü təlim-məşq toplanışı müddətində bir çox yarışlarda uğurla iştirak edib.