Azərbaycan yığmaları Çennayda medalsız qaldı
- 09 Avq 2022 16:00
- 530
Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası başa çatıb.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmaları da bu gün sonuncu görüşlərini keçiriblər.
Kişilərdən ibarət yığma 11-ci turda Serbiya ilə qarşılaşıb və qələbə qazanıb. Beləliklə, milli yarışı 16 xalla 7-ci sırada bitirib. Özbəkistan isə Olimpiadanın qalibi olub.
Qadınlar isə Gürcüstanın müvafiq kollektivi ilə üz-üzə gəlib və məğlubiyyətlə üzləşiblər. Bu nəticədən sonra Azərbaycan 16 xalla yarışı 8-ci sırada başa vurub. Ukrayna 18 xalla çempion olub. Eyni xal toplamış Gürcüstan 2-ci, 17 xal qazanmış ABŞ 3-cü yeri tutub.
Ümumdünya Şahmat Olimpiadası
11-ci tur
9 avqust
Azərbaycan – Serbiya 2,5:1,5
Şəhriyar Məmmədyarov – Aleksandar İndyiç - 1:0
Rauf Məmmədov – Velimir İviç - 0,5:0,5
Qədir Hüseynov – Robert Markus - 0,5:0,5
Vasif Durarbəyli – İvan İvanişeviç - 0,5:0,5
Azərbaycan – Gürcüstan 1:3
Günay Məmmədzadə – Nana Dzaqnidze 0,5:0,5
Xanım Balacayeva – Nino Batsiaşvili 0:1
Gövhər Beydullayeva – Lela Cavaxişvili 0,5:0,5
Ülviyyə Fətəliyeva – Meri Arabidze 0:1