
Azərbaycan yığmaları Kosta Rika və Çinə rəqib oldular
- 10 Apr 2025 22:30
- 101
Serbiyanın Zlatibor şəhərində keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında 3x3 basketbol idman növü üzrə son qrup oyunları baş tutub.
Rekord.az xəbər verir ki, üçüncü oyun günündə mübarizəyə öncə oğlan komandamız başlayıb. Günün birinci oyununda Zaur Paşayevin başçılıq etdiyi komandamız Kosta Rika komandasını 19-5 hesabı ilə məğlub edib. Sonuncu qrup oyununda da oğlan komandamız Nepal üzərində 18-10 hesablı rahat qələbəyə sevinib.
Qızlarımız oyun gününə Çili 2 komandası üzərində 12-1 hesablı qələbə ilə start verib. Son qrup oyununda isə qızlarımızın rəqibi güclü Ukrayna komandası olub. Tatyana Deniskinanın yetirmələri əlavə vaxtın sonunda 16-14 hesabı ilə önəmli qələbə qazanıblar.
Bu nəticələrdən sonra oğlan komandamız qrup ikincisi kimi 1/8 finala, qızlarımız isə qrup dördüncüsü kimi 1/4 finala vəsiqə qazanıb. 11 apreldə oğlan komandamız Kosta Rika komandası ilə, qızlarımız isə Çin komandası ilə qarşılaşacaq.