
Azərbaycan yığması Avropa çempionu oldu
- 14 Apr 2025 01:38
- 91
Azərbaycanın yunan-Roma güləşi millisi Avropa çempionu olub.
Rekord.az xəbər verir ki, Slovakiyada keçirilən qitə birinciliyində 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan komanda 151 xalla Avropanın ən güclüsü adını qazanıb.
Bu, millimizin 2-ci Avropa çempionluğu olub.
Təmsilçilərimizdən Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq) gümüş, Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar.