Azərbaycan yığması biabırçı hesabla uduzdu, ana və qızı eyni vaxtda oynadı
- 12 Noy 2023 17:06
- 338
Azərbaycan qadın basketbolu tarixində ilk dəfə olaraq bir matçda ana və qız eyni vaxtda meydançaya çıxıblar.
Rekord.az xəbər verir ki, Avropa çempionatının (EUROBASKET 2025) seçmə mərhələsinin C qrupunda baş tutmuş Azərbaycan və Belçika milliləri arasında keçirilən oyunda (28:136) Tatyana Deniskina və qızı Ancelina İsmayılova eyni anda parket üzərində olublar.
Ana və qız Litva millisinə qarşı oyunda da, meydançada birlikdə mübarizə aparmışdılar.
Ancelina İsmayılova U-16 Azərbaycan milli komandasının tərkibində qızlar arasında basketbol üzrə Avropa çempionatının C divizionunun qalibidir.