Azərbaycan yığması “Böyük Dəbilqə”ni 2 medalla başa vurdu
- 05 İyn 2022 14:22
- 508
Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tiflisdə keçirilən “Böyük Dəbilqə”ni iki medalla başa vurublar.
Relkord.az xəbər verir ki, yarışın sonuncu günündə Murad Fətiyev (90 kq) mübarizəyə başlayıb.
23 yaşlı idmançı 1/16 final mərhələsinə təsadüf edən ilk görüşündə qazaxıstanlı Adlet Missinə uduzub.
Daha əvvəl Azərbaycan cüdoçularından Turan Bayramov (60 kq) və Elcan Hacıyev (81 kq) bürünc medala sahib çıxıb.
Azərbaycan yarışda 10 cüdoçu ilə təmsil olunub.