Azərbaycan yığması DÇ-də birinci yeri tutdu
- 08 Dek 2023 15:42
- 335
Güc idman növləri üzrə Azərbaycan millisinin idmançıları Rusiyanın paytaxtı Moskvada keçirilən dünya çempionatında komanda hesabında birinci yeri tutub.
Rekord.az xəbər verir ki, WPC/AWPC/WPSO versiyaları üzrə yarışda Azərbaycanı 4 idmançı təmsil edib.
Dünya və Avropa çempionu, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş builki Respublika çempionatının qalibi Tural Orucov (100 kq) 3 fərqli növ üzrə 2 qızıl, 1 bürünc, Camal Əhmədzadə (110 kq) kəmər və qızıl medal qazanıblar. Sadiq Musayev (82 kq) 2 fərqli növdə çıxış edib, birinci və üçüncü yeri tutub.
Dünya çempionatı 8 ölkənin ümumilikdə 400 idmançısı arasında keçirilib.