Azərbaycanın stolüstü tennis üzə U-13 milli komandası Avropa Stolüstü Tennis İttifaqının “Europe youth series” turnirində finala yüksəlib.

Rekord.az xəbər verir ki, millimiz Xorvatiyanın Osiyek şəhərində keçirilən yarışın qrup mərhələsində Yunanıstan, Portuqaliya və Xorvatiya seçmələrinə qalib gəlmişdi.

Komandamız 1/4 finalda Sloveniya millisini 5:1, yarımfinalda isə ev sahibinin digər kollektivini 5:0 hesabı ilə üstələyərək həlledici oyuna vəsiqə qazanıb. Azərbaycan yığmasının finaldakı rəqibi Çexiya seçməsi olacaq.

Osiyekdə məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparır.