Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ilk oyununu keçirib.


Rekord.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz Monteneqro yığmasını qəbul edib.


“Liv Bona Dea Arena”da təşkil olunan qarşılaşma 0:0 hesablı qolsuz heç-heçə yekunlaşıb.


Millimiz qrupda növbəti oyununu aprelin 4-də səfərdə Litva yığmasına qarşı keçirəcək.