Azərbaycan yığması Minskə bu heyətlə yollandı
- 03 Avq 2023 19:57
- 483
Gənc boksçulardan ibarət Azərbaycan milli komandaları 2-ci MDB Oyunlarında iştirak edəcək.
Rekord.az xəbər verir ki, avqustun 4-dən 14-dək Belarusda keçiriləcək yarışda yığmamız 16 idmançı ilə təmsil olunacaq.
Belarusda baş məşqçi Elbrus Rzayev və məşqçi Elvin Məmişzadənin rəhbərliyi altında Ramal Yolçuyev (48 kq), Sübhan Məmmədov (51 kq), Ömər Aslanlı (54 kq), Məhəmmədəli Aşurəliyev (57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Aslan Quliyev (63,5 kq), Sənan Hətəmov (67 kq), Ziya Həsənov (71 kq), Fərhad Şeydayev (75 kq), İlfan Xəlilli (80 kq) və Həsən Sadıqzadə (+92 kq) qüvvəsini sınayacaq.
Qızlardan ibarət komanda yarışda məşqçi Rafiq İsmayılovun rəhbərliyi altında çıxış edəcək. O, Oyunlarda Lalə Mədətova (48 kq), Aysu İsmayılova (50 kq), Nərmin Əlizadə (52 kq), Aynur Mikayılova (54 kq) və Qızbəs İsgəndərə (60 kq) şans verəcək.
Belarusda Emil Qurbanəliyev isə referi kimi Azərbaycanı təmsil edəcək.
Bu gün səfərə yollanan komanda avqustun 14-də Bakıya qayıdacaq.